Şakir Musayev
392
129.4. Maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların
təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və
cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata
xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət
prosesini həyata keçirən orqanda saxlanılır. Bu Məcəllə ilə nəzərdə
tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə
icraat qurtaranadək də qəbul edilə bilər.
129.5. Maddi sübut kimi cinayət təqibi üzrə icraatın
materiallarına əlavə edilmiş əşya üzərində hüquqa dair mübahisə
mülki mühakimə icraatı qaydasında baxılmalı olduqda, bu əşya mülki
iş üzrə qərar qüvvəyə minənədək saxlanılır.
Dostları ilə paylaş: |