Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
391
Maddə 128. Maddi sübutlar
128.1. Öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar
edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin
saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların
müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab
edilə bilər.
128.2. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə
maddi sübut hesab edilir.
128.3. Əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o
halda qəbul olunur ki:
128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir
edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə
onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin
əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun;
128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid
onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın.
Dostları ilə paylaş: |