Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
389
97.6.7. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə
və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri
nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
97.6.8. yerinə yetirdiyi işə görə haqq almaq;
97.6.9. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan
istifadə etmək.
Maddə 118. Ekspertə etiraz
118.1. Ekspert aşağıdakı hallarda cinayət prosesində iştirak edə
bilməz:
118.1.1. bu Məcəllənin 109.1.3— 109.1.8-ci maddələrində
nəzərdə tutulmuş halların hər hansı biri mövcud olduqda;
118.1.2. qanuna və ya məhkəmənin hökmünə əsasən onun
ekspert olmaq hüququ olmadıqda;
118.1.3. o, təftiş, yaxud digər yoxlama hərəkətləri aparmışdırsa
və nəticədə bunlar cinayət işinin başlanmasına əsas olmuşdursa.
118.2. rəyin düzgünlüyünə şübhə yaranması ilə əlaqədar təkrar
ekspertizanın aparılması hallarından başqa şəxsin ekspert qismində
cinayət prosesində əvvəlki iştirakı onun bundan sonra cinayət
prosesində iştirakını istisna etmir.
118.3. Ekspertə etiraz aşağıdakı qaydada həll edilir:
118.3.1. ibtidai istintaq və ya təhqiqat aparılarkən — müvafiq
olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən;
118.3.2. cinayət işinə və ya digər materiala məhkəmədə hakim
tərəfindən təkbaşına və ya andlı iclasçılar tərəfindən baxılarkən —
məhkəmə iclasında sədrlik edən tərəfindən;
118.3.3. cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən
— məhkəmənin tərkibi tərəfindən.
Dostları ilə paylaş: |