Şakir Musayev
386
96.6.3.
əşyaların və
sənədlərin aşkar edilməsi,
möhkəmləndirilməsi və götürülməsi, texniki vasitələrdən və
kompüter proqramlarından istifadə olunması, iş materiallarının
tədqiqi, habelə ekspert qarşısında suallar qoyulması ilə əlaqədar
protokola daxil edilməli qeydlər vermək;
96.6.4. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin
protokolu ilə, habelə məhkəmə iclası protokolunun müvafiq hissəsi
ilə tanış olmaq, bu hərəkətlərin gedişini, məzmununu və nəticələrini
əks etdirən yazıların tamlığına və düzgünlüyünə dair protokola daxil
edilməli qeydlər vermək;
96.6.5. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə
və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri
nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;
96.6.6. yerinə yetirdiyi işə görə haqq almaq;
96.6.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan
istifadə etmək.
Dostları ilə paylaş: |