Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə405/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   401   402   403   404   405   406   407   408   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

387



tədqiqi  əsasında gəldiyi  şəxsi nəticələrini, habelə kompüter 

proqramından və  məlumat materiallarından istifadə etməklə  əldə 

etdiyi nəticələri rəydə bir-birindən dəqiq ayırmaq; 

97.4.2. qarşısına qoyulan suallar xüsusi biliklərindən kənara 

çıxırsa və ya təqdim olunmuş materiallar qoyulmuş suallara cavab 

verilməsi üçün kifayət deyilsə, rəy verməkdən imtina etmək; 

yuxarıda qeyd olunmuş hallara görə  rəy verilməsinin mümkün 

olmadığı  nəticəsinə  gələrsə, ekspertiza keçirilməsinin davam 

etdirilməsindən imtina etmək; bu imtinanı  əsaslandırmaqla rəy 

verilməsindən və ekspertizanın keçirilməsindən imtina etməsi barədə 

ekspertizanın keçirilməsini ona tapşırmış  şəxsə yazılı  məlumat 

vermək; 


97.4.3. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə 

ekspertizanın keçirilməsinə dair xərclərin smetası və çəkdiyi xərclər 

barədə hesabat təqdim etmək; 

97.4.4. cinayət prosesi iştirakçılarına yazılı  rəy təqdim etmək, 

onun məzmununu izah etmək, habelə onların suallarına cavab vermək 

və yazılı rəyin izahatı üzrə şifahi rəy vermək üçün cinayət prosesini 

həyata keçirən orqanın çağırışlarına gəlmək; 

97.4.5. cinayət prosesini həyata keçirən orqana və onu dəvət 

etmiş  şəxsə xüsusi ixtisasını  təsdiq edən sənəd təqdim etmək; 

göstərilən orqanın və ya şəxsin, habelə  məhkəmə iclasında cinayət 

prosesi tərəflərinin tələbi ilə qoyulmuş  məsələlər üzrə qabiliyyəti 

olduğunu düzgün qiymətləndirmək; 

97.4.6. cinayət prosesini həyata keçirən orqanın və  məhkəmə 

iclasında cinayət prosesi tərəflərinin tələbinə əsasən peşə təcrübəsi və 

müvafiq cinayət işinin icraatında iştirak etmiş  şəxslərlə münasibəti 

barədə məlumat vermək; 

97.4.7. istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında 

iştirak edərkən, həmin hərəkətləri aparan şəxsin, məhkəmə iclasında 

isə sədrlik edənin icazəsi olmadan bu yerləri tərk etməmək; 

97.4.8. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə 

iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq; 

97.4.9. məhkəmə iclasında qaydaya riayət etmək; 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin