Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə402/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   398   399   400   401   402   403   404   405   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

385



96.4.5. istintaq və ya digər prosessual hərəkətləri həyata keçirən 

şəxsə kömək məqsədi ilə  sənədlərin və  əşyaların aşkar edilməsi, 

möhkəmləndirilməsi, götürülməsi, texniki vasitələrdən və kompüter 

proqramlarından istifadə edilməsi, iş materiallarının tədqiq edilməsi, 

ekspert qarşısında suallar qoyulması üçün öz bacarığından və 

biliyindən istifadə edərək, cinayət prosesini həyata keçirən  şəxsə, 

orqana, məhkəmə iclasında iştirak edən cinayət prosesi tərəflərinə 

peşəsinə aid sualları və hərəkətləri izah etmək; 

96.4.6. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə 

iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq; 

96.4.7. məhkəmə iclasında qaydaya riayət etmək; 

96.4.8. onun iştirakı ilə keçirilmiş  hərəkətlərin gedişinin, 

məzmununun və nəticələrinin protokolda tam və düzgün yazılmasını 

öz imzası ilə təsdiq etmək; 

96.4.9. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan 

onun iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərə 

və  aşkar edilmiş hallara dair məlumatları, habelə qapalı  məhkəmə 

iclasının məlumatlarını yaymamaq; ona məlum olan şəxsi həyatın 

toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla 

qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq; 

96.4.10. bu Məcəllədə  nəzərdə tutulmuş digər vəzifələri yerinə 

yetirmək. 

96.5. Mütəxəssisin öz vəzifələrini icra etməməsi Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş  məsuliyyətə 

səbəb olur. 

96.6. Mütəxəssis bu Məcəllədə  nəzərdə tutulmuş hallarda və 

qaydada aşağıdakı hüquqları həyata keçirir: 

96.6.1. cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə öz 

vəzifələrini daha yaxşı icra etmək məqsədi ilə    işin materialları ilə 

tanış olmaq, cinayət prosesinin iştirakçılarına suallar vermək; 

96.6.2. cinayət prosesinin iştirakçılarının diqqətini sənədlərin və 

əşyaların aşkar edilib möhkəmləndirilməsinə  və götürülməsinə, 

texniki vasitələrin və kompüter proqramlarının istifadəsinə, iş 

materiallarının tədqiqinə, ekspert qarşısında sualların qoyulmasına, 

həmçinin öz peşəsinə aid olan sualların məzmununa yönəltmək; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   398   399   400   401   402   403   404   405   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin