Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə398/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   394   395   396   397   398   399   400   401   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

381



6.2. Nəticələr (rəy) ekspert qarşısında qoyulmuş suallara müvafiq 

surətdə tərtib olunur. Onlarda, həmçinin ekspertiza zamanı müəyyən 

edilmiş  əhəmiyyətli obyektiv məlumatlara ekspert qiyməti də 

olmalıdır. Nəticə (rəy) aydın, səlis tərtib edilməklə xüsusi tibb 

terminlərindən mümkün qədər az istifadə edilməlidir. Hər bir nəticə 

üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır. 

7. Ekspert rəyinin və ya məhkəmə-tibbi müayinə aktının giriş 

hissələri bilavasitə ekspertiza prosesi zamanı  tərtib olunur. Ekspert 

rəyləri və  məhkəmə-tibbi müayinə aktları bütün zəruri tədqiqatlar 

başa çatdıqdan sonra qısa müddətdə  tərtib edilməli və tarixi 

göstərilməlidir. 

8. Ekspert rəyi və  məhkəmə-tibbi müayinə aktı azı 2 nüsxədə 

tərtib olunur, bir nüsxə  təhqiqat orqanlarına, müstəntiqə, prokurora, 

məhkəməyə verilir, ikinci nüsxə isə «MTE və PA» ETT Birliyinin və 

ya Birliyin rayon, şəhər şöbələrinin arxivində saxlanılır. 

8.1 Aparılmış  tədqiqatlar  əsasında  əldə edilmiş  nəticələr nəzərə 

alınmaqla ekspert öz adından yazılı  rəy verir və onu imzalayır. 

Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları yalnız məhkəmə 

ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur. 

9. Ekspert rəyi və  məhkəmə-tibbi müayinə aktı bütün ekspert 

tədqiqatları başa çatdıqdan sonra 3 gündən gec olmayaraq 

ekspertizanı  təyin etmiş  təhqiqat orqanları, müstəntiq, prokuror və 

məhkəmə  tərəfindən götürülməsi üçün Birliyin və yaxud müvafiq 

şöbələrin dəftərxanasına verilir. 

9.1. Ekspertiza müddəti onların növü, ekspert tədqiqatlarının 

həcmi və xarakteri ilə müəyyənləşdirilir. Maddi sübutların və 

meyitlərin ekspertizaları icra müddətinə görə ən uzun müddətlidirlər. 

Bu da müxtəlif laboratoriya tədqiqatlarının keçirilməsi ilə 

əlaqədardır. Lakin bu ekspertizalar da (xüsusi mürəkkəb ekspertizalar 

istisna olunmaqla) təhqiqat orqanlarından, müstəntiqdən, 

prokurordan, bütün lazımi materiallar alındıqdan sonra ən geci 1 ay 

müddətində icra edilməlidir. 

9.2. Göstərilən müddət pozulduqda məhkəmə-tibb eksperti bu 

gecikmənin səbəbini ekspertizanı  təyin etmiş orqanlara və Birliyin 

Baş direktoruna izah etməlidir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin