5. Məhkəmə-tibb eksperti rəyinin tərtib olunması
1. Bütün məhkəmə-tibbi ekspertizaların, o cümlədən məhkəmə-
kimyəvi ekspertizasının nəticələri “Dövlət Məhkəmə Ekspertizası
Fəaliyyəti Haqqında” qanuna CPM-ə və MPM-ə müvafiq surətdə
«Ekspert rəyi» və ya «Məhkəmə-tibbi (məhkəmə-kimya) müayinə
aktı» adlanan sənədlərlə tərtib olunur. Hər iki sənəd eyni quruluşa
malikdir. Onlar aşağıdakı bölmələrdən ibarətdir: iş haqqında qısa
məlumat olan giriş hissə, müayinə hissəsi, nəticə (əgər «məhkəmə-
tibbi müayinə aktı» tərtib olunursa - rəy).
2. Giriş hissədə aşağıdakılar göstərilməlidir:
a) ekspertizanın keçirilmə vaxtı və yeri;
b) ekspert tədqiqatı (müayinəsi) üçün əhəmiyyətli olan ekspertiza
şəraiti (işıq, havanın temperaturu və s);
v) ekspertizanın keçirilməsinə əsas olan qərar və yaxud qərardad;
|