Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə392/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   388   389   390   391   392   393   394   395   ...   516
 

Şakir Musayev  

 

376



17.1. Təhqiqat orqanları, müstəntiq, prokuror yaxud məhkəmə 

tərəfindən təqdim olunmuş materiallar qarşıya qoyulan sualların həlli 

üçün kifayət etməzsə, ekspert ekspertiza keçirmək üçün məhz hansı 

material və  sənədlərin lazım olduğunu bildirir. Tələb olunan 

materiallar təqdim edilmədiyi halda qanunla nəzərdə tutulan qaydada 

ekspert ekspertizanı  təyin etmiş orqana rəy verməyin qeyri-

mümkünlüyü barədə yazılı surətdə xəbər verir. 

17.2.  Əgər ekspert yalnız ayrı-ayrı  məsələlər üzrə  rəy vermək 

imkanına malikdirsə, bunu «Ekspert rəy»ində  və «Məhkəmə-tibbi  

müayinə akt»ında göstərir. 

18. Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun və 

məhkəmənin icazəsi ilə  məhkəmə-tibb eksperti dindirmədə, digər 

istintaq hərəkətlərində  və  məhkəmə iclasında iştirak edib 

dindirilənlərə bilavasitə ekspertizaya aid suallar verə bilər. 

19. Məhkəmə-tibb ekspertinin ekspertizanın gedişində iş üzrə ona 

məlum olmuş material və məlumatları yaymağa ixtiyarı yoxdur. 

20. Məhkəmə-tibb ekspertizasının gedişində ekspert qarşısında 

qoyulmuş və ya şəxsən onun lazım bildiyi və qərarda göstərilməmiş 

suallara cavab verməkdən ötrü məhkəmə-tibbi laborator 

müayinələrinin keçirilməsinə lüzum meydana çıxarsa o, təhqiqat və 

istintaq orqanlarının qərarı, yazılı təklifi və köməkliyi əsasında zəruri 

obyektləri Birliyin müvafiq şöbələrinə göndərir. Bu zaman məhkəmə-

tibb eksperti tərtib etdiyi müvafiq göndəriş  vərəqələrində  işin qısa 

məzmununu, ekspertiza gedişində aşkar edilmiş obyektiv məlumatları 

və laboratoriya müayinəsinin məqsədini göstərir. 

21. Məhkəmə-tibb ekspertizasına və yaxud məhkəmə-tibb 

müayinəsinə  cəlb olunan şəxsi başqa səhiyyə müəssisəsində 

mütəxəssis həkimlə  məsləhətləşməyə göndərmək lüzumu meydana 

çıxarsa, həmin  şəxs (müayinə olunan) şöbə  rəisinin, yaxud da 

məhkəmə-tibb ekspertinin imzaladığı göndəriş  və ya məktubla 

göndərilir. 

22. Məhkəmə-tibb eksperti ekspertizanın gedişində  aşkar olunan 

və  iş üçün əhəmiyyət kəsb edən yeni məlumatları ekspertiza başa 

çatmamışdan  əvvəl ekspertizanı  təyin etmiş orqanların nəzərinə 

çatdırmalıdır. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin