Şakir Musayev
372
4. Ekspertizaların keçirilməsi qaydaları haqqında cinayət-
prosessual qanunvericiliyinin əsas müddəaları, məhkəmə-tibb
ekspertizasının təşkili və aparılması qaydaları
1. Məhkəmə-tibb ekspertizası təhqiqatı aparan şəxsin,
müstəntiqin, prokurorun məhkəmənin qərarı əsasında keçirilir.
Təhqiqat orqanlarının, müstəntiqin, prokurorun, məhkəmənin
əsaslandırılmış yazılı sorğusuna əsasən cinayət işi başlamaq üçün
əsas ola biləcək əlamətləri aşkara çıxarmaq məqsədilə məhkəmə-tibbi
tədqiqatlar və məhkəmə-tibbi müayinələr aparıla bilir.
2. Məhkəmə-tibbi ekspertiza müəssisələri müqavilə əsasında
idarə və təşkilatların göndərişi, vətəndaşların ərizəsi ilə məhkəmə-
tibbi müayinələr keçirə bilər, əhaliyə onun səlahiyyətinə aid olan
xidmətlər göstərə bilər.
3. Birliyin maddi texniki bazasını gücləndirmək və işçilərin sosial
şəraitlərini yaxşılaşdırmaq məqsədilə məhkəmə-tibbi xidmətin bəzi
sahələri pullu xidmət göstərə bilər.
4. Travmanın növündən və törənmə mənşəyindən asılı olmayaraq
səhiyyə müəssisələri travma ilə stasionara daxil olan, ambulatoriyaya
müraciət edən hər bir vətəndaş barədə ərazi məhkəmə-tibbi ekspertiza
şöbələrinə dərhal xəbər verməlidir. Məhkəmə-tibb ekspertləri həmin
şəxsləri müayinə edir və tibbi sənədlərdə müvafiq qeydlər edir.
5. Məhkəmə-tibb ekspertizasının ayrı-ayrı növlərinin keçirilmə
qaydaları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən
təsdiq edilmiş xüsusi təlimatlar, metodik göstərişlər və qaydalar ilə
müəyyən olunur.
6. Cinayət prosessual və mülki prosessual məcəllələr ilkin, əlavə
və təkrar ekspertizaların keçirilməsini nəzərdə tutur.
7. Məhkəmə-tibb ekspertizası bir və ya bir neçə ekspert, lazım
olduqda (ekspertizanın növündən asılı olaraq) müxtəlif ixtisaslı
ekspertlər tərəfindən aparılır. Ekspertizada bir neçə ekspertin
iştirakına lüzum ekspertizanın mürəkkəbliyi və xarakteri ilə müəyyən
edilir.
8. Ekspertlər qrupunun heyəti məhkəmə-tibb ekspertizasını təyin
etmiş müstəntiq tərəfindən müəyyənləşdirilir. Əgər ekspertlər
|