Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
371
təkmilləşdirmək sahəsində təkliflər hazırlayır, məhkəmə-tibbi, tibbi
kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizaları aparır və
rəylər verir, elmi əsərlərin nəşrini təşkil edir, işçilərin attestasiyasının
keçirilməsini və kadr hazırlanmasını təşkil edir.
3. Elmi, elmi-pedaqoji kadrları və praktik Səhiyyə işçilərini
məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya məsələləri üzrə
hazırlamaq və dinləyicilərin bu sahədə təhsil almasına imkan
yaratmaq, onları uyğun xidmət sahələri üzrə tibb elminin qabaqcıl
nailiyyətləri ilə tanış etmək.
3.1. Məhkəmə-tibbi ekspertiza materialları üzrə elmi təcrübi
işlərin aparılması (hadisələri həkim konfranslarında təhlil etmək,
mətbuatda dərc etmək) istintaq sirrinin yayılmasına səbəb olmadıqda
və ya müstəntiqin, prokurorun, məhkəmənin icazəsi olduqda ya da
hökm qanuni qüvvəyə mindikdən sonra mümkündür.
4. Elmi-tədqiqat işləri nəticələrinin Səhiyyə təcrübəsində tətbiqini
sürətləndirmək, tibb elminin qabaqcıl nailiyyətlərinin təbliğini təmin
etmək.
5. Əhalinin sağlamlığının yüksək tibbi və sosial-iqtisadi
göstəricilərinə nail olmaq məqsədilə təşkilati və metodoloji iş
aparmaq.
6. Meyitlərin, canlı şəxslərin, maddi sübutların, cərrahiyyə və
biopsiya materiallarının tədqiqi zamanı elm və texnikanın yeni
nailiyyətlərini, patoloji anatomiya və məhkəmə təbabətinin
təcrübəsinə tətbiq etmək.
7. Yeni müasir tədqiqat üsulları işləmək, sınaqdan keçirmək,
təcrübədə tətbiq etmək.
8. İdarəetmənin, planlaşdırmanın, maliyyələşdirmənin, mühasib
qeyydiyatının, hesabat işlərinin, kargüzarlığın, maddi və mənəvi
həvəsləndirmənin, əməyin elmi təşkilinin təkmilləşdirilməsi üzrə
tədbirlər işləmək və həyata keçirmək.
9. Birliyin bəzi sahələrini tədricən özünümaliyyələşdirmə prinsipi
üzrə fəaliyyəti üçün tədbirlər həyata keçirmək.
|