3. Birliyin məqsəd və vəzifələri
Birliyin fəaliyyəti ədalət mühakiməsinin məqsəd və vəzifələrinə
xidmət etməklə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının
qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi,
elm və texnikanın müasir nailiyyətlərindən istifadə etməklə həyata
keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı
prinsiplərinə əsaslanır.
1. «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya» ETT
Birliyinin əsas vəzifələri aşağıdakılardır:
1.1. Zorakı ölüm hallarında meyitlərin ekspertizası.
1.2. Zorakı ölümlərə şübhə olarkən və meyitin məhkəmə-tibb
qaydasında müayinəsinin vacibliyini şərtləndirən digər hallarda
meyitlərin məhkəmə-tibbi ekspertizası.
1.3. Sağlamlığa zərər vurmanın xarakterinin və ağırlıq
dərəcəsinin, yaşın, cinsi vəziyyətlərin müəyyənləşdirilməsi, həmçinin
məhkəmə təbabəti sahəsində bilik tələb edən digər məsələlərin həlli
üçün canlı şəxslərin (zərərçəkən, təqsirləndirilən şəxs və digər
şəxslər) ekspertizası.
1.4. Laborator müayinə üsullarının tətbiqi ilə maddi sübutların
ekspertizası.
1.5. Cinayət və mülki iş materialları üzrə məhkəmə-tibbi
ekspertiza.
|