Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə382/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   378   379   380   381   382   383   384   385   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

367



2. Birliyin idarəçiliyi və strukturu 

 

1. Birliyə Azərbaycan Respublikasının Səhiyyə Naziri tərəfindən 



vəzifəyə təyin edilən və vəzifədən azad olunan Baş direktor rəhbərlik 

edir. 


Birliyin Baş direktorunun hüquq və vəzifələri aşağıdakılardır 

Birliyin Baş direktoru Respublika Səhiyyə sistemində məhkəmə-

tibbi ekspertiza və patoloji anatomiya xidmətlərinə inzibati-təşkilati 

və metodik rəhbərlik edir. 

Birliyin Baş direktorunun əsas vəzifəsi məhkəmə-tibbi və patoloji 

anatomiya xidmətlərinin ümumi inkişaf strategiyasını müəyyən 

etmək və onun həyata keçirilməsində taktiki qərarları  yerinə  

yetirməkdir. 

Məhkəmə tibb ekspertizasının təyin olunması haqqında qərarı 

(qərardadı) aldıqdan sonra onun təşkil edilməsi və aparılması, 

ekspertin məhkəmə iclaslarında, istintaq və məhkəmə hərəkətlərində 

iştirakının təmin olunması üzrə müvafiq tədbirlər görmək; 

Birlikdə konkret ixtisas üzrə ekspert, zəruri maddi-texniki baza və 

yaxud tədqiqat aparılması üçün xüsusi şərait olmadıqda, məhkəmə-

tibb ekspertizası  təyin olunması barədə  qərarı (qərardadı) icra 

edilmədən tədqiqata təqdim edilmiş obyekt və  işin materialları ilə 

birlikdə geri qaytarmaq; 

Məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında qərarda 

(qəradadda) göstərilmiş digər idarələrin iştirakı ilə  məhkəmə 

ekspertizası aparılmasını təşkil etmək; 

Rəy verilməsi üçün Birliyin əməkdaşı olmayan şəxslərin zəruri 

biliyinə ehtiyac yarandıqda, məhkəmə ekspertizasını  təyin etmiş 

orqanla və ya şəxslə razılaşdırılmaqla, onları ekspert qismində 

məhkəmə ekspertizasının aparılmasına cəlb etmək; 

Ekspertə (ekspertlərə) onların hüquq və vəzifələrini izah etmək; 

Ekspert bilə-bilə yalan rəy verməyə  və  rəy verməkdən imtina 

etməyə görə məsuliyyəti haqqında xəbərdar edir və bu barədə ondan 

məhkəmə-tibb ekspertizasını  təyin etmiş orqana və ya şəxsə  rəylə 

birlikdə göndərilməsi üçün müvafiq iltizam almaq; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   378   379   380   381   382   383   384   385   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin