Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
365
9. "MTE və PA" ETT Birliyi müvafiq qaydada ona dövlət
büdcəsindən ayrılmış, hüquqi və fiziki şəxslərdən xidmətə görə
alınan, təsərrüfat və istehsal fəaliyyətinin nəticəsində əldə olunan,
müxtəlif idarə və ictimai təşkilatlardan könüllü yardım kimi daxil
olan vəsaitlər hesabına öz maliyyə-təsərrüfat fəaliyyətini həyata
keçirir.
10. "MTE və PA" ETT Birliyi Respublikada müvafiq profilli elmi
cəmiyyətlər və ali məktəb kafedraları ilə elmi yaradıcılıq fəaliyyəti
göstərə bilər.
11. "MTE və PA" ETT Birliyi eyni zamanda məhkəmə təbabəti
və patoloji anatomiya sahəsində elmi-tədqiqat işləri aparır və əldə
olunmuş elmi nəticələri gündəlik iş təcrübəsində tətbiq edir. Bu
məqsədlə "MTE və PA" ETT Birliyində Metodik Şura fəaliyyət
göstərir, Birlikdə aparılan elmi-tədqiqat işlərinə rəhbərlik və nəzarət
edir.
12. "MTE və PA" ETT Birliyinin tabeçiliyində olan şöbə və
bölmələr qarşılıqlı müqavilə əsasında tibb və hüquq profilli dövlət ali
məktəblərinin, həmçinin dövlət qeydiyyatında olan digər ali
məktəblərin tibb və hüquq fakültələrinin tələbə və dinləyiciləri üçün
müvafiq profilli fənlər üzrə tədris bazası ola bilər. Bununla bağlı
bütün məsələlər Birliyin Baş direktorunun razılığı ilə həll olunur.
Birliyin balansında olan binalarında digər idarə və təşkilatların
yerləşdirilməsi qəti qadağandır. Birliyin elmi dərəcəli və yüksək
ixtisas kateqoriyalı mütəxəssisləri göstərilən tədris müəssisələrində
əvəzçilik üzrə tədris-pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Birlik
əməkdaşlarının iş günü ərzində tədris-pedaqoji fəaliyyəti Birliyin
rəhbərliyi tərəfindən tənzim olunur.
13. Məhkəmə-tibbi ekspertizalar məhkəmə təbabəti sahəsində
xüsusi biliyi olan və həkim-məhkəmə-tibb eksperti vəzifəsini tutan
mütəxəssislər tərəfindən aparılır. Bununla yanaşı olaraq, bir sıra
ekspertizalar ali qeyri-tibb təhsili olan və xüsusi təhsil almış ekspert-
mütəxəssislər (fiziklər, kimyaçılar, bioloqlar, hüquqşünaslar,
riyaziyyatçılar, mühəndislər və s.) tərəfindən də aparıla bilər.
14. Məhkəmə-tibbi ekspertizaların aparılmasına məhkəmə
təbabəti kafedralarının professor-müəllim heyəti, səhiyyə
|