Şakir Musayev
366
müəssisələrinin və başqa idarələrin mütəxəssisləri yalnız Birliyin
rəhbərliyinin razılığı ilə cəlb edilə bilərlər. Həmin işi yerinə
yetirərkən bu şəxslər öz prosessual vəziyyətlərinə görə ekspert
sayılırlar.
15. "MTE və PA" ETT Birliyi hüquqi şəxsdir, dövlət büdcəsindən
maliyyələşdirilir, əmlaka, müstəqil balansa, müvafiq hesablara
malikdir və öz adından müqavilələr bağlaya bilər.
16. "MTE və PA" ETT Birliyi Azərbaycan Respublikasının
Dövlət Gerbinin təsviri və öz adı olan möhürə, xüsusi xidməti
blanklara və fəaliyyətini nizamlayan normativ sənədlərə malikdir.
17. Yerli səhiyyə idarələrinin rəhbərliyi məhkəmə-tibbi ekspertiza
şöbələrini bina, avadanlıq, maddi-texniki vəsaitlə təmin etməyə
borcludurlar; Birlik və onun şöbələri üçün təmir, bərpa işlərini və
yeni binaların inşasını həyata keçirirlər; ambulator-poliklinika
müəssisələrində kabinetlərlə, xəstəxanalarda meyitxana ilə,
avtonəqliyyatla təmin edir, zəruri hallarda isə sanitar aviasiyası ilə
təmin edilməsi üçün tədbirlər görür; məhkəmə-tibb ekspertlərinə öz
xidməti işlərini yerinə yetirməkdə (tibbi sənədlərin götürülməsində,
analizlərin aparılmasında, mütəxəssis məsləhətlərində, cinayət və
mülki işlər üzrə ekspertizaların keçirilməsində və s.) hərtərəfli
köməklik edirlər.
18. Prokurorluq, DİN, MTN və məhkəmələr ekspertizaların
keyfiyyətinin yüksəldilməsi və icra müddətlərinin qısaldılması
məqsədilə Birliyə və onun şöbələrinə lazımi iş şəraitinin
yaradılmasında yaxından köməklik göstərirlər.
19. “MTE və PA” ETT Birliyinin rəhbərliyinin sorğusuna əsasən
mülkiyyət formasından asılı olmayaraq bütün idarə, təşkilat və
müəssisələr məhkəmə-tibbi ekspertizanın aparılması üçün zəruri olan
etalon nümunələrini və texniki məlumatları məhkəmə-ekspertizası
idarəsinə təqdim etməyə borcludurlar. Bu zaman mülkiyyətçinin
qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına yol
verilmir.
|