Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
377
23. Məhkəmə-tibb ekspertizası prosesində ekspert elə obyektlər
aşkar edə bilər ki, bunlar öz xarakterlərinə görə maddi sübut kimi
başqa növ ekspertiza üçün mühüm tədqiqat obyekti ola bilər. Bu
obyektlər «Ekspert rəy»ində və «Məhkəmə-tibbi müayinə akt»ında
təsvir olunmalı və ekspertizanı təyin edən şəxsə verilməlidir.
24. Məhkəmə-tibbi müayinə obyektləri, o cümlədən maddi
sübutlar ciddi qeydiyyatdan keçməli və mühafizə olunmalıdırlar.
Şöbə rəisi və ekspert obyektlərin qorunması üçün onlardan asılı olan
bütün lazımi tədbirləri görməlidir. Müayinə obyektlərinin və maddi
sübutların mühafizəsi və sonradan məhv edilməsi xüsusi qaydalarla
müəyyənləşdirilir.
25. Məhkəmə-tibbi laborator müayinələri keçirmək üçün
meyitdən hər-hansı bir hissə, daxili üzv, toxumalar, qan, sidik və
başqa biomateriallar götürülür.
25.1. Məhkəmə-tibbi diaqnostikanın düzgünlüyünə əngəl
törətməmək şərti ilə meyitdən müalicə və elmi məqsədlər üçün
toxumalar, üzvlər və qan götürülməsinə «İnsan orqan və (və ya)
toxumalarının transplantasiyası haqqında» Azərbaycan
Respublikasının qanunun müvafiq müddəalarına əsasən razılıq
verilir. Bu haqda «Ekspert rəy»ində və «Məhkəmə-tibbi müayinə
akt»ında müvafiq qeydiyyat aparılır, məhz nəyin, hansı məqsədlə
götürüldüyü və hara göndərildiyi göstərilir.
26. Məhkəmə-tibb eksperti tərtib etdiyi rəyi izah etməkdən və
onun istintaq zərurəti ilə əlaqədar olaraq tamamlamaqdan ötrü
müstəntiq tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada
dindirilə bilər.
27. Məhkəmə-tibb eksperti cinayət işlərinə və mülki işlərə
baxılan zaman rəy verməkdən ötrü, ilkin məhkəmə-tibbi ekspert
müayinəsi üzrə dindirilmə üçün və eləcə də məhkəmə istintaqında
ekspertiza keçirmək məqsədilə məhkəməyə çağırıla bilər.
28. Ekspertiza məhkəmədə keçirilərkən, məhkəmə-tibb
ekspertinin hüquq və vəzifələrini, onun daşıdığı məsuliyyəti, ekspertə
məhkəmə iclasına sədrlik edən şəxs elan edir.
Məhkəməyə çağırılmış məhkəmə-tibb eksperti CPM-də və MPM-
də nəzərdə tutulan qaydada məhkəmə iclaslarında iştirak edir. O,
|