Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
375
sübutların aşkar olunması və dəqiqləşdirilməsinə cəlb edir, bununla
əlaqədar izahatlar verir, protokolla tanış olub onu imzalayır.
13. Məhkəmə-tibb eksperti təhqiqat orqanlarının, müstəntiqin,
prokurorun, məhkəmənin çağırışı ilə ekspertiza keçirmək, ilkin və
digər istintaq işlərində iştirak etmək üçün mütləq gəlməlidir.
Ekspertiza keçirməkdən, ilkin və digər istintaq hərəkətlərində iştirak
etməkdən boyun qaçırmasına və ya üzrlü səbəb olmadan imtina
etməsinə görə, həmçinin bilə-bilə yalan rəy verməsinə görə
məhkəmə-tibb eksperti qanunla müəyyən olunmuş qaydada
məsuliyyət daşıyır.
13.1. Məhkəmə-tibb eksperti bir qayda olaraq öz vəzifəsini
inzibati ərazi bölgüsünə uyğun icra edir. Təbii fəlakət, texnoloji qəza,
fövqəladə hal və şöbələrdə ekspert işinin miqdarından (azlığından və
çoxluğundan) asılı olaraq yalnız Birliyin Baş direktorunun əmri ilə
məhkəmə-tibb eksperti başqa yerlərə göndərilə bilər.
14. Ekspertizaların keçirilməsində qanunla müəyyən edilmiş
ekspertin iştirak etməsini istisna edən hallar Azərbaycan Respublikası
CPM-in müvafiq maddələri ilə tənzimlənir.
15. Ekspertiza keçirərkən təhqiqat aparan şəxsin, müstəntiqin,
prokurorun qərarında və ya məhkəmənin qərardadında qoyulmuş
suallara cavab vermək üçün təqdim olunmuş sualların
dəqiqləşdirilməsinə və aydınlaşdırılmasına zərurət yaransa,
məhkəmə-tibb eksperti bu haqda şifahi və ya yazılı xahiş edə bilər,
eləcə də o, biliyindən kənar, yaxud səlahiyyətinə daxil olmayan
suallara cavab verməkdən imtina edə bilər.
15.1. Əgər ekspertiza zamanı məhkəmə-tibb eksperti iş üçün
əhəmiyyət daşıyan, lakin haqqında sual qoyulmamış hallarla
qarşılaşarsa, yekun rəyində bunları göstərməyə hüququ vardır.
16. Ekspertiza mürəkkəb olarsa, xüsusi məsələlərin həllinə lüzum
yaranarsa, məhkəmə-tibb eksperti ekspertizanı təyin etmiş orqan
qarşısında müvafiq mütəxəssislərin cəlb olunması məsələsini qaldıra
bilər.
17. Məhkəmə-tibb eksperti apardığı ekspertizaya dair iş
materiallarını zəruri hallarda tələb etməlidir.
|