Şakir Musayev
384
4. Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsindən çıxarışlar
Maddə 96. Mütəxəssis
96.1. Mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz
razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin
aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki
xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün
cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş
şəxsdir. Yetkinlik yaşına çatmamış zərər çəkmiş, şübhəli və ya
təqsirləndirilən şəxsin, habelə şahidin dindirilməsində iştirak etmiş
müəllim mütəxəssis hesab olunur. Mütəxəssis cinayət prosesi
iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər.
96.2. Mütəxəssis cinayət prosesini həyata keçirən orqana zəruri
kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik
olmalıdır.
96.3. Şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə mütəxəssis
qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz.
Mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir.
96.4. Mütəxəssis bu Məcəllədə nəzərdə tutulmuş hallarda və
qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:
96.4.1. zəruri kömək göstərilməsi üçün cinayət prosesini həyata
keçirən orqanın çağırışına gəlmək;
96.4.2. cinayət prosesini həyata keçirən orqana öz xüsusi
ixtisasını təsdiq edən sənədləri təqdim etmək; zəruri kömək
göstərilməsi qabiliyyəti olduğunu düzgün qiymətləndirmək;
96.4.3. cinayət prosesini həyata keçirən orqana peşə təcrübəsi və
cinayət prosesində iştirak edən şəxslərlə münasibəti barədə məlumat
vermək;
96.4.4. köməyinə zərurət olduğu bütün müddət ərzində istintaq
və ya digər prosessual hərəkətlərin keçirildiyi yerdə, məhkəmənin
iclas zalında olmaq və qeyd edilən hərəkətlərin keçirildiyi yeri həmin
hərəkətləri keçirən şəxsin icazəsi olmadan, məhkəmə iclası zalını isə
məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək;
|