Şakir Musayev
380
(edilmiş müdaxilələr təsvir olunur, nə götürüldüyü, hansı müəssisəyə
və kimə verildiyi göstərilir); laborator müayinələrin (akt və rəy
şəklində) nəticələri və ekspert tərəfindən alındığı tarix.
4.2. Zərərçəkən, təqsirləndirilən şəxs və başqa şəxslərin
ekspertizasında ekspert müayinəsi zamanı aşkar olunmuş obyektiv
tibbi məlumatlar, müayinə olunanın ekspert tərəfindən başqa ixtisas
həkimlərinə, rentgenoloji və digər müayinələrə göndərildiyi,
həmçinin bu müayinələrin nəticələri barədə; paltar tədqiq edildikdə
onun, eləcə də onda olan ləkə və zədələrin təsviri; laboratoriya
tədqiqatına göndərilmiş obyektlərin (yaxma, tampon, qan nümunəsi
və sair) siyahısı, eləcə də bu tədqiqatların nəticələri; əlavə müayinə
və tədqiqatların keçirilmə tarixləri və onların nəticələrinin alındığı
tarixi.
4.3. Maddi sübutların ekspertizasında maddi sübut və onlardakı
izlərin əsaslı təsviri, tətbiq olunmuş tədqiqat üsullarının və ayrılıqda
hər bir tədqiqat növü üzrə alınmış nəticələrin, analiz prosesində
istifadə edilmiş reaktivlərin, zərdabların, aparat və avadanlıqların
göstərilməsi. Müayinə hissəsində həmçinin müqayisə üçün təqdim
olunmuş nümunələrin müayinəsi təsvir edilir.
4.4. Cinayət və mülki iş materialları üzrə ekspertizada ekspert
təhlili üçün sonradan vacib olan məlumatların əsaslı təsviri.
4.5. Tibb işçilərinin peşə fəaliyyəti barədə olan ekspertizalarda iş
üçün əhəmiyyət kəsb edən tibbi və digər sənədlərin öyrənildiyi
zaman alınmış məlumatlar.
5. Giriş hissə işin təfsilatı və müayinə hissə ilə birlikdə «Ekspert
rəyi»nin və yaxud «Məhkəmə-tibbi (məhkəmə-kimya) müayinə
aktı»nın protokolunu təşkil edir. Protokolu məhkəmə-tibb eksperti və
giriş hissədə göstərilən şəxslər imzalayır.
6. «Ekspert rəyi»ndəki nəticə və «Məhkəmə-tibbi (məhkəmə-
kimya) müayinə aktı»ndakı rəy - ekspertin apardığı obyektiv
müayinələr əsasında ifadə olunmuş elmi əsaslı fikridir.
6.1. Nəticələr (rəy) ekspertiza prosesində işin ekspert təhlili və
tibb və digər elmlərin məlumatları əsasında müəyyənləşdirilmiş
obyektiv məlumatlar üzərində qurulur. Göstərilən obyektiv
məlumatlar protokolun giriş və müayinə hissələrindən əldə edilir.
|