Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
379
q) ekspertin familiyası, adı, atasının adı, vəzifəsi, ixtisası, təhsili,
iş təcrübəsi, ixtisas dərəcəsi, elmi dərəcəsi, elmi adı;
d) meyitlərin ekspertizasında mərhumun familiyası, adı, atasının
adı, yaşı; zərərçəkənlərin, müttəhimlərin və başqa şəxslərin
ekspertizasında familiyası, adı, atasının adı, yaşı, yaşayış yeri,
şəxsiyyətini təsdiq edən sənəd;
e) iş materialları üzrə aparılan ekspertizada və maddi sübutların
ekspertizasında cinayət işinin, yaxud mülki işin adı və nömrəsi,
cildlərin sayı, işdəki vərəqələrin sayı, ekspertizaya daxil olmuş
obyekt və nümunələrin siyahısı;
ə) ekspertiza keçirilərkən iştirak edən şəxslər;
j)məhkəmə-tibb ekspertinin prosessual hüquqları, vəzifələri və
məsuliyyəti haqqında izahat verildiyi barədə iltizam;
z) ekspertiza qarşısında həll olunması üçün qoyulmuş suallar.
3. İş haqqında məlumat bölməsində ekspert müayinəsi zamanı
ona lazım olan məlumatlar; meyit ekspertizasında nəticə tərtib
etdikdə istintaq məlumatları və tibbi sənədlərin məzmunu;
zərərçəkənlərin, təqsirləndirilən
şəxs və digər
şəxslərin
ekspertizasında tibbi sorğu və şikayətlər (uşaqların dindirilməsi
valideynlərinin və ya müəllim-tərbiyəçilərin iştirakı ilə keçirilir),
istintaq məlumatları və tibbi sənədlərin məzmunu; maddi sübutların
ekspertizasında istintaq məlumatları və tibbi sənədlərin məzmunu
qeyd edilməlidir.
4. Müayinə hissəsində müayinə prosesinin geniş təfsilatı və bu
zaman aşkar edilmiş faktiki məlumatlar qeyd edilməlidir. Bura tətbiq
olunmuş tədqiqat üsulları və obyektiv əksetdirmə cədvəlləri (foto-
rentgen şəkillər, zədələrin işarə olunduğu sxemlər və s.) daxil edilir.
Müayinə hissəsinin struktur quruluşu aparılan ekspertizanın növü ilə
müəyyənləşdirilir. Bu hissə xüsusilə aşağıdakıları əhatə etməlidir:
4.1. Meyitin ekspertizasında meyitin paltarı və xarici müayinəsi
haqqında məlumatlar, boşluqların, üzv və toxumaların daxili
müayinəsi, digər ekspertizalar üçün meyitdən götürülmüş və
müstəntiqə təhvil verilmiş obyektlər; laboratoriya müayinəsinə
göndərilmiş obyektlərin siyahısı; transplantasiya üçün, eləcə də elmi
və tədris məqsədlərlə götürülmüş toxuma və üzvlərin siyahısı
|