Maddə 97. Ekspert
97.1. Ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində
xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət
prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların
tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və
ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin
edilmiş şəxsdir. Ekspert cinayət prosesi iştirakçılarının təklif etdikləri
şəxslər sırasından təyin edilə və ya müdafiə tərəfindən dəvət oluna
bilər.
97.2.Ekspert qarşısına qoyulmuş suallar üzrə rəy vermək üçün
kifayət qədər elm, texnika, incəsənət və digər peşə sahələrinə aid
xüsusi biliklərə malik olmalıdır.
97.3. Şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə ekspert
qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz.
97.4. Ekspert bu Məcəllədə nəzərdə tutulmuş hallarda və
qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:
97.4.1. qarşısına qoyulan suallara dair əsaslı və obyektiv rəy
vermək; düzgünlüyü özü tərəfindən yoxlanılmamış iş materiallarının
|