Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə406/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   402   403   404   405   406   407   408   409   ...   516
 

Şakir Musayev  

 

388



97.4.10. cinayət prosesini həyata keçirən orqanın icazəsi 

olmadan onun iştirakı ilə aparılmış istintaq və ya digər prosessual 

hərəkətlər və bu zaman müəyyən edilmiş hallara dair məlumatı, 

habelə qapalı  məhkəmə iclasının məlumatlarını yaymamaq; ona 

məlum olan şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, 

kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar 

barədə məlumatları yaymamaq; 

97.4.11. bu Məcəllədə  nəzərdə tutulmuş digər vəzifələri yerinə 

yetirmək. 

97.5. Ekspertin öz vəzifələrini icra etməməsi Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə  nəzərdə tutulmuş  məsuliyyətə 

səbəb olur. 

97.6. Ekspert bu Məcəllədə  nəzərdə tutulmuş hallarda və 

qaydada aşağıdakı hüquqları həyata keçirir: 

97.6.1. rəy verilməsi üçün müqayisəli tədqiqat aparmaq məqsədi 

ilə    zəruri obyekt və nümunələri  əldə etmək;  əlavə obyekt və digər 

materialların təqdim olunmasını tələb etmək; 

97.6.2. rəy verilməsi üçün cinayət prosesini həyata keçirən 

orqanın icazəsi ilə  zəruri materiallarla tanış olmaq, işin 

materiallarından zəruri məlumatları  çıxarış etmək, öz vəzifələrini 

daha yaxşı icra etmək məqsədi ilə    şübhəli, təqsirləndirilən, zərər 

çəkmiş şəxslərə və şahidlərə suallar vermək; 

97.6.3. ekspertizanın predmetinə aid və  rəy verilməsi üçün 

zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında 

iştirak etmək; 

97.6.4. qarşısına qoyulan suallara və  səlahiyyətinə aid iş 

materiallarının tədqiqi zamanı  aşkar edilmiş  və ekspertizanın 

predmeti daxilində digər hallara dair rəy vermək; 

97.6.5. məhkəmənin və ya cinayət prosesi iştirakçılarının 

diqqətini ekspertizanın predmeti və müvafiq ekspertə verilən 

sualların tərtibi ilə əlaqədar hallara cəlb etmək; 

97.6.6. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin 

protokolu ilə, habelə  məhkəmə iclasının protokolunun müvafiq 

hissəsi ilə tanış olmaq, bu hərəkətlərin və öz şifahi rəyinin tamlığına 

və düzgünlüyünə dair protokola daxil edilməli qeydlər vermək; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin