4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-
Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
383
3. Əhalinin sağlamlığının
qorunması haqqında
Azərbaycan Respublikasının qanunu
Maddə 45 Məhkəmə-tibb ekspertizası
Məhkəmə-tibb ekspertizası qanunvericilikdə müəyyən edilmiş
qaydada təyin edilir və müvafiq icra hakimiyyəti orqanının xüsusi
tibbi ekspertiza müəssisəsində aparılır. Vətəndaşın, yaxud onun
qanuni nümayəndəsinin ekspertizada iştirak etmək məqsədilə
müvafiq mütəxəssisin onun razılığı ilə ekspert komissiyasına əlavə
olaraq daxil olması üçün ekspertizanı təyin edən təşkilat qarşısında
vəsatət qaldırmaq hüququ vardır. Məhkəmə-tibb ekspertizasının
təşkili və aparılması qaydaları qanunvericilikdə müəyyən edilir.
Vətəndaş və ya onun qanuni nümayəndəsi məhkəmə-tibb ekspertizası
aparan müəssisənin rəyi ilə razılaşmadıqda qanun-vericilikdə
müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.