Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
397
hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata
keçirən orqanla şərtləşdirildiyi kimi;
195.1.3. müdafiə tərəfi ilə razılığa əsasən görüldükdə — həmin
tərəflə şərtləşdirilmiş miqdarda.
195.2. Bu Məcəllənin 195.1.2-ci maddəsində nəzərdə tutulmuş
hallarda haqq tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən hesabat
təqdim edildikdən sonra cinayət prosesini həyata keçirən orqanın
qərarı ilə ödənilir.
Maddə 196. Cinayət prosesində iştirak edən şəxslərin
çəkdikləri xərclərin ödənilməsi
196.1. Cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin,
mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya
təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin,
habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin
aşağıdakı xərcləri ödənilməlidir:
196.1.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə
əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və
nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən
orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri;
196.1.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə daimi
yaşayış yerindən kənarda yaşamaq məcburiyyətində qaldıqda
gündəlik xərclər, bu xərclər idarə, müəssisə, təşkilat və ya işə götürən
tərəfindən ödənilmədikdə;
196.1.3. idarə, müəssisə, təşkilat və ya işə götürən tərəfindən
orta aylıq əmək haqqının saxlanıldığı hallar istisna olmaqla, cinayət
prosesini həyata keçirən orqanın tələbi ilə cinayət mühakimə
icraatında iştirak etmənin bütün müddəti üçün orta aylıq əmək haqqı;
196.1.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə
istintaq və ya digər prosessual hərəkətdə iştirak edərkən, xarab olan
və ya itirilən əmlakın bərpa olunması və ya əldə edilməsinə çəkilən
xərclər.
196.2. Dövlət orqanları, idarələri, müəssisələri və təşkilatları
zərər çəkmiş
şəxsin, mülki iddiaçının, onların qanuni
nümayəndələrinin, habelə hal şahidinin, tərcüməçinin, ekspertin və
|