Maddə 238. Şəxsi müayinə
238.1. Məhkəmə-tibb ekspertizasının keçirilməsi tələb
edilmədiyi halda şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya
şahidin bədənində cinayətin izlərini və ya xüsusi əlamətləri aşkar
etmək məqsədi ilə müstəntiq onların şəxsi müayinəsini apara bilər.
238.2. Şəxsi müayinə aparılması haqqında məhkəmənin və ya
müstəntiqin qərarı, barəsində qərar çıxarılmış şəxs üçün məcburidir.
Şəxsin tutulması və ya həbs edilməsi halları istisna olmaqla insanın
iradəsinə zidd onun şəxsi müayinəsi yalnız məhkəmənin qərarı
əsasında aparılır.
|