Şakir Musayev
400
olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda,
məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi
tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır.
198.6. Hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə,
onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə
cavabdehlik daşımırlar.
198.7. Məhkəmə məsrəflərinin tutulmasına dair məhkəmə qərarı
qanuni qüvvəyə mindiyi gündən 3 (üç) il keçərsə, müddətin keçməsi
ilə əlaqədar həmin məsrəflərin tutulması hüququna xitam verilir.
Göstərilən müddət keçdikdən sonra ödəniş kimi tutulmuş məhkəmə
məsrəflərinin məbləği geri qaytarılmır.
Dostları ilə paylaş: |