Maddə 198. Məhkəmə məsrəflərinin tutulması
198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.6—
197.1.8-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə
tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə
ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud
hüquqi şəxsin hesabına keçirilə bilər.
198.2. Məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı
olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan
şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu
məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə
bilər.
198.3. Cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa,
məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi,
təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq
məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır.
198.4. Yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun
qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata
keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə
məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər.
198.5. Xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət
verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın
müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci
maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya
qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham
qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə
|