Şakir Musayev


Maddə 241. Tanınma protokolu



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə434/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   430   431   432   433   434   435   436   437   ...   516
 

Maddə 241. Tanınma protokolu 

241.1. Tanınma aparıldıqdan sonra müstəntiq aşağıdakıları  əks 

etdirən tanınma protokolu tərtib edir: 

241.1.1. tanınmanın aparıldığı yer, tarix və vaxt; 

241.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

241.1.3. tanınmada iştirak etmiş  şəxslərin soyadı, adı, atasının 

adı, doğulduğu il, ay, gün və yer; vətəndaşlığı, təhsili, iş yeri, 

məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer; 




Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

405



241.1.4. tanınmada iştirak etmiş  şəxsə onun hüquq, vəzifə  və 

məsuliyyətinin izah edilməsi haqqında qeyd; 

241.1.5. tanınmanın xüsusiyyətləri, meyitin qəbirdən 

çıxarılmasında foto, video və kino çəkilişdən və ya digər yazan 

texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; 

241.1.6. müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o 

cümlədən tanınma üçün təqdim edilmiş  əşyaların təsviri və 

tanınmanın aparıldığı əlamətlərin təsviri. 

241.2. Tanınma protokolunu ona öz qeydlərinin əlavə edilməsini 

tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün 

iştirakçıları imzalayırlar. Protokol bir neçə  səhifədə  tərtib edildikdə, 

onun hər bir səhifəsi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca 

imzalanır. 

241.3. Tanınmanın aparılmasında foto, video və kino çəkilişdən 

və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq 

yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları 

protokola əlavə edilir. 

 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   430   431   432   433   434   435   436   437   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin