Şakir Musayev
404
əşyanı gördüyü şərait barədə qabaqcadan
dindirir və bu barədə
protokol tərtib edilir.
240.2. Əşyanın tanınmasında təqsirləndirilən və ya şübhəli
şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. Müstəntiq
tərəfindən bu istintaq hərəkətinin aparılması barədə əvvəlcədən
xəbərdar edilmiş müdafiəçi əşyanın tanınmasında iştirak etmək
arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.
240.3. Müstəntiqin göstərişi və ya icazəsi ilə əşyanın
tanınmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki
vasitələrdən istifadə edilə bilər.
240.4. Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, ona
qabaqcadan ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun
qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti
barədə, habelə özünün və yaxın qohumlarının əleyhinə ifadə
verməmək hüququ barədə xəbərdarlıq edilir.
240.5. Tanınmalı olan əşya eyni növdən olan əşyalar arasında
tanıyan şəxsə təqdim edilir. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı
göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını
izah etmək təklif olunur.
240.6. Meyitin, onun hissələrinin, habelə analoqunu tapmaq
qeyri-mümkün və ya çətin olan əşyaların tanınması təqdim edilmiş
vahid nüsxə üzrə aparılır.
240.7. Tanıyan şəxsin sağlığında müşahidə etdiyi insan
meyitinin tanınması aparıldıqda onun qrimlənməsinə yol verilir. Əşya
tanındıqda onun çirkdən, pasdan və digər çöküntülərdən
təmizlənməsinə yol verilir.
Dostları ilə paylaş: