Şakir Musayev
406
hazırda verə biləcəyi şəraiti, habelə əşyaları göstərməsini (və ya
təsvir etməsini) təklif edir. Bu halda dindirilmiş (dindirilən) şəxs
hadisə yerinə gedən yolu, əvvəllər haqqında ifadə verdiyi və ya
hazırda ifadə verə biləcəyi şəraiti və əşyaları göstərir, həmçinin
müstəntiqin suallarına cavab verir.
260.5. Müstəntiqin göstərişi və ya icazəsi ilə ifadələrin yerində
yoxlanılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan
texniki vasitələrdən istifadə edilə bilər.
260.6. İfadələrin yerində yoxlanılması zamanı iş üzrə sübut
əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edildikdə,
onlar bu Məcəllənin 236 və ya 243-cü maddələrində nəzərdə
tutulmuş protokol və ya qərara əsasən götürülür. Müstəntiq
götürülmüş əşya və sənədləri imkan daxilində qablaşdırmalı,
möhürləməli, habelə götürmə hallarını ifadələrin yerində
yoxlanılması protokolunda göstərməlidir.
Dostları ilə paylaş: |