Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
407
261.1.6. ifadələrin yerində yoxlanılmasının xüsusiyyətləri, o
cümlədən ifadələrin yerində yoxlanılması zamanı foto, video və kino
çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi
barədə qeyd;
261.1.7. şəxs tərəfindən yerində verilmiş və mümkün qədər hərfi
şəkildə yazılmış ifadələr;
261.1.8. ifadələrin yerində yoxlanılması zamanı müşahidə
edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar;
261.1.9. əşya və ya sənədlərin götürülməsi barədə qeyd və
onların təsviri.
261.2. İfadələrin yerində yoxlanılması protokolu ona öz
qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan bu
istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol
bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi göstərilən
istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.
261.3. İfadələrin yerində yoxlanılması zamanı foto, video və
kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə
edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa
məlumat daşıyıcıları protokola əlavə olunur.
Dostları ilə paylaş: |