Maddə 261. İfadələrin yerində yoxlanılması protokolu
261.1. İfadələrin yerində yoxlanılması qurtardıqdan sonra
müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar
göstərilir:
261.1.1. ifadələrin yerində yoxlanılmasının aparıldığı tarix, vaxt
və yer;
261.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
261.1.3. ifadələrin yerində yoxlanılmasında iştirak edən digər
şəxslərin (müdafiəçilərin, tərcüməçilərin, mütəxəssislərin, qanuni
nümayəndələrin, nümayəndələrin, müəllimlərin, həkimlərin və
digərlərinin) soyadı, adı və atasının adı, habelə onların doğulduğu il,
ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya
vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;
261.1.4. ifadələri yerində yoxlanılan şəxsin soyadı, adı, atasının
adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki
yaşadığı və qeydiyyatda olduğu yer;
261.1.5. ifadələri yerində yoxlanılan şəxsə onun hüquq və
vəzifələrinin izah edilməsi barədə qeyd;
|