268.1.1. protokol tərtib edilməklə ekspertizanın aparılmasından
Şakir Musayev
412
268.1.2. ekspertə etiraz etmək;
268.1.3. eksperti onun göstərdiyi şəxslər içərisindən təyin
edilməsi barədə vəsatət vermək;
268.1.4. öz təşəbbüsü ilə və öz hesabına alternativ ekspertiza
aparmaq və onun rəyinin cinayət işinə əlavə edilməsi barədə vəsatət
vermək;
268.1.5. rəy alınması üçün müstəntiq
tərəfindən təyin edilmiş
ekspert qarşısında əlavə suallar qoymaq;
268.1.6. müstəntiqin icazəsi ilə ekspertizanın aparılmasında
iştirak etmək, bu zaman tətbiq edilmiş tədqiqat üsullarının
mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb etmək və
ekspertə izahlar vermək;
268.1.7. ekspertin rəyi müstəntiqə daxil olduğu vaxtdan ən geci
10 (on) gün müddətində onunla tanış olmaq, əlavə və ya təkrar
ekspertizanın aparılması haqqında vəsatət vermək;
268.1.8. onun vəsatəti üzrə aparılan ekspertin dindirilməsində
iştirak etmək.
268.2. Sadalanan hüquqlar həmçinin ruhi vəziyyəti imkan
verdikdə haqqında məcburi xarakterli tibbi tədbirlərin tətbiqi üzrə
icraat aparıldığı şəxsə də məxsusdur.
Dostları ilə paylaş: