Maddə 270. Ekspert idarəsindən kənarda ekspertizanın
aparılması
270.1. Ekspert idarəsindən kənarda ekspertiza aparıldıqda,
müstəntiq ekspertizanın təyin edilməsi haqqında qərar çıxardıqdan
sonra aşağıdakı tədbirləri görür:
270.1.1. ekspertiza aparılmasının tapşırıldığı şəxsi çağırır;
270.1.2. onun şəxsiyyətinə və səlahiyyətinə əmin olur;
270.1.3. ekspertin şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və
cinayət prosesinin digər iştirakçılarına münasibətini müəyyənləşdirir
və ekspertə etiraz üçün əsasların olub-olmamasını yoxlayır;
270.1.4. ekspertiza təyin edilməsi haqqında qərarı ekspertə
təqdim edir;
270.1.5. ekspertə onun bu Məcəllənin 97.4 və 97.6-cı
maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir;
270.1.6. ekspertə bilə-bilə yalan rəy verməyə görə cinayət
məsuliyyəti haqqında xəbərdarlıq edir;
270.1.7. ekspertin müraciətlərini və xahişlərini qeyd edir;
270.1.8. bu Məcəllənin 270.1.2—270.1.7-ci maddələrində
nəzərdə tutulmuş müvafiq hərəkətlərin aparılması barədə
ekspertizanın təyin edilməsi haqqında qərarla ekspertin tanış edilməsi
haqqında protokolda qeyd edir.
|