Şakir Musayev
414
270.1.9. ekspertin xahişinin təmin və ya rədd edilməsi haqqında
əsaslandırılmış qərar çıxarır.
270.2. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidin
bədəninin və ya ruhi vəziyyətinin tədqiqatı zərurəti olduqda, yaxud
həmin şəxslərin ekspertizanın aparılmasında iştirakı zəruri hesab
edildikdə, müstəntiq göstərilən şəxslərin ekspertin yanına
çatdırılmasını təmin etməlidir.
270.3. Ekspertiza müdafiə tərəfinin təşəbbüsü ilə və onun
hesabına aparıldıqda ekspertlə həmin tərəf arasında müqavilə
bağlanır. Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri ödəyir
və ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.
Dostları ilə paylaş: |