Maddə 271. Ekspertin rəyi
271.1. Ekspertiza təyin edilməsi haqqında müstəntiqin qərarının
ekspertə daxil olduğu və ya ekspertlə müdafiə tərəfi arasında
müqavilənin bağlandığı vaxtdan 1 (bir) aydan gec olmayaraq ekspert
zəruri tədqiqatlar aparır, yazılı rəy tərtib edir, onu öz imzası ilə təsdiq
edir və dərhal ekspertizanı təyin etmiş şəxsə və ya müdafiə tərəfinə
göndərir.
271.2. Ekspertin rəyində aşağıdakılar göstərilir:
271.2.1. ekspertizanın aparıldığı tarix, vaxt və yer;
271.2.2. ekspertizanı aparan şəxsin soyadı, adı, atasının adı,
təhsili, ixtisası, ixtisas üzrə iş stajı, elmi adı və elmi dərəcəsi, tutduğu
vəzifə;
271.2.3. bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyətinin
ekspertə məlum olmasını təsdiq edən qeyd;
271.2.4. ekspertizanın aparılması üçün əsaslar;
271.2.5. ekspertizanın aparılmasında iştirak etmiş şəxslər
haqqında qeyd (soyadları, adları, atalarının adları və ev ünvanları);
271.2.6. ekspertiza aparılmasının xüsusiyyətləri, o cümlədən
ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı
maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi,
hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi,
qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə
|