Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə453/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   449   450   451   452   453   454   455   456   ...   516
 

Şakir Musayev  

 

416



273.2. Tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə  

müvafiq istintaq hərəkətinin aparılması üçün müstəntiq 

əsaslandırılmış  qərar çıxarır. Həmin qərarda aşağıdakılar 

göstərilməlidir: 

273.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

273.2.2. müstəntiqin soyadı, adı, atasının adı və vəzifəsi; 

273.2.3. tədqiqat üçün nümunələrin götürülməsinə  əsas verən 

obyektiv hallar və onun motivlərinin əsaslandırılması; 

273.2.4. tədqiqat üçün nümunələri götürməli olan şəxsin soyadı, 

adı və atasının adı; 

273.2.5. tədqiqat üçün nümunələrin götürülməli olduğu  şəxsin 

soyadı, adı və atasının adı; 

273.2.6. tədqiqat üçün hansı nümunələrin və hansı miqdarda 

götürülməli olduğu; 

273.2.7. tədqiqat üçün nümunələrin götürülməsi üçün şəxsin nə 

vaxt və kimin yanına gəlməli olduğu; 

273.2.8. tədqiqat üçün nümunələr götürüldükdən sonra onların 

nə vaxt və kimə verilməli olduğu. 

273.3. Tədqiqat üçün nümunələr həmçinin bu Məcəllənin 

müddəaları ilə  nəzərdə tutulmuş hallarda və qaydada baxış, axtarış, 

götürmə,  əmlak və ya yazışma üzərinə  həbs qoyulması zamanı da 

götürülə bilər. 

273.4. Zəruri hallarda başqa  şəxslərin hüquqlarını pozmamaq 

şərti ilə tədqiqat üçün nümunələr ekspert tərəfindən də götürülə bilər. 

273.5. Tədqiqat üçün nümunələrin götürülməsi üsulundan asılı 

olmayaraq onların insana əzab verən, onun həyatına, səhhətinə və ya 

bədən bütövlüyünə təhlükə törədən üsulla götürülməsi qadağandır. 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   449   450   451   452   453   454   455   456   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin