Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
413
269.3.1. ekspertə onun bu Məcəllənin 97.4 və 97.6-cı
maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir;
269.3.2. ekspertə bilə-bilə yalan rəy verməyə görə cinayət
məsuliyyəti haqqında xəbərdarlıq edir və bu barədə ekspertizanın
təyin edilməsi haqqında qərarda ekspertin imzası ilə təsdiq edilən
müvafiq qeyd aparır;
269.3.3. ekspertizanın aparılmasını təşkil edir;
269.3.4. tədqiqat obyektlərinin qorunub saxlanılmasını təmin
edir;
269.3.5. ekspertizanın qurtarma müddətini müəyyən edir.
269.4. Ekspert idarəsinin rəhbəri ekspertə tədqiqatın gedişi və
onun gəldiyi nəticələri əvvəlcədən həll edən göstərişlər vermək
hüququna malik deyil.
Dostları ilə paylaş: |