Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə442/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   438   439   440   441   442   443   444   445   ...   516
 

Şakir Musayev  

 

410



264.6. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata 

keçirildiyi halda, ekspertizanın müdafiə  tərəfinin təşəbbüsü ilə  və 

onun hesabına aparılması zamanı ekspertə suallar siyahısı və tədqiqat 

obyektləri verilir. 

264.7. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata 

keçirildiyi halda, müdafiə  tərəfinin rəsmi müraciəti  əsasında 

ekspertiza aparmış ekspertlərin təqdim edilmiş  rəyləri məhkəmə 

tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı 

qiymətləndirilir. 

 

Maddə 265. Təkbaşına və komisyon ekspertiza 

265.1. Ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində 

təyin olunan bir və ya bir neçə şəxs apara bilər. 

265.2. Təkbaşına ekspertizanın aparılması müəyyən bir ekspertə 

və ya müəyyən eksperti təyin edən ekspert idarəsinin rəisinə tapşırılır. 

265.3. Mürəkkəb və  təkrar ekspertizalar eyni ixtisasdan olan 

ekspertlər komissiyası tərəfindən aparılır. Tərəflərin xahişi ilə ekspert 

komissiyasının tərkibinə onların göstərdiyi ekspertlər daxil edilə 

bilər. Ekspertlər öz aralarında məsləhətləşmə aparır və ümumi rəyə 

gəldikdə  rəyi imzalayırlar. Ekspertlər arasında fikir ayrılığı olduqda 

onlardan hər biri fikir ayrılığı doğurmuş bir və ya bir neçə suala dair 

ayrıca rəy verir.  

265.4. Komisyon ekspertiza aparılması haqqında qərarın icrası 

ekspert idarəsinin rəhbəri üçün məcburidir. Hər hansı ekspertizanın 

aparılması ekspert idarəsinə tapşırıldıqda, həmin idarənin rəhbəri 

ekspertizanın aparılması üçün ekspertlər komissiyası təşkil edə bilər. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   438   439   440   441   442   443   444   445   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin