Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə441/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   437   438   439   440   441   442   443   444   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

409



Maddə 264. Ekspertizanın aparılmasının əsasları 

264.1. Ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, 

habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb 

edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən 

edilməsi məqsədi ilə  aparılır. 

264.2. Təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual 

rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin 

digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi 

orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən 

azad etmir. Bu Məcəllənin 140.0.1—140.0.4-cü maddələrində 

nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün müvafiq 

ekspertizanın təyin edilməsi məcburidir. 

264.3. Ekspertiza müstəntiqin qərarına və ya cinayət təqibi 

xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə  tərəfinin 

yazılı müraciətinə  əsasən aparılır. Ekspertizanın təyin edilməsi 

haqqında qərar onun aid olduğu şəxslər üçün məcburidir. 

264.4. Ekspertizanın təyin edilməsi haqqında qərarda 

aşağıdakılar göstərilməlidir: 

264.4.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

264.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

264.4.3. ekspertizanın təyin edilməsinə  əsas verən obyektiv 

hallar və onun motivlərinin əsaslandırılması; 

264.4.4. aşkar edildiyi və götürüldüyü yer, vaxt və  şərait 

göstərilməklə ekspertizaya göndərilən maddi sübutlar və digər 

obyektlər, ekspertiza işin materialları üzrə aparıldıqda isə ekspertin 

gəldiyi nəticənin əsaslana biləcəyi məlumatlar; 

264.4.5. ekspert qarşısında qoyulan suallar; 

264.4.6. ekspertizanın aparılması tapşırılan ekspert idarəsinin 

adı və ya şəxsin soyadı. 

264.5. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata 

keçirildiyi halda, müdafiə  tərəfinin mənafeyinə xidmət edə biləcək 

halların müəyyən edilməsi üçün müdafiəçi öz təşəbbüsü ilə bir və ya 

bir neçə ekspertə, ekspert idarəsinə ekspert işinin müqavilə əsasında 

ödənilməsi  şərti ilə ekspertizanın aparılması barədə  rəsmi müraciət 

etmək hüququna malikdir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin