Maddə 260. İfadələrin yerində yoxlanılması
260.1. İfadələrin yerində yoxlanılması şahidin, zərər çəkmiş,
şübhəli və təqsirləndirilən şəxslərin dəqiq məlum olan yerdə baş
vermiş hadisə ilə bağlı ifadələrinin düzgünlüyünü müəyyən etmək və
ya dəqiqləşdirmək məqsədi ilə aparılır.
260.2. Təqsirləndirilən və ya şübhəli şəxsin ifadələrinin yerində
yoxlanılmasında, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna
malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq
tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi ifadələrin yerində
yoxlanılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun
bu hüququnu təmin etməlidir.
260.3. Zəruri hallarda ifadələrin yerində yoxlanılmasında
müstəntiqin dəvəti ilə, həmçinin tərcüməçi, mütəxəssis, ifadəsi
yoxlanılan cinayət prosesi iştirakçısının qanuni nümayəndəsi və ya
nümayəndəsi, habelə müəllim, həkim və digər şəxslər iştirak edirlər.
260.4. Müstəntiq ifadəsi yoxlanılan şəxslə birlikdə onun
göstərdiyi yerə gəlir və ona əvvəllər haqqında ifadə verdiyi və ya
|