Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
403
müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və
əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə
dindirir və bu barədə müvafiq protokol tərtib edilir.
239.2. Müstəntiq təqsirləndirilən və ya şübhəli şəxsin
tanınmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən
təmin etməlidir.
239.3. Müstəntiqin göstərişi və ya icazəsi ilə şəxsin tanınması
zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki
vasitələrdən istifadə edilə bilər.
239.4. Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, o,
əvvəlcədən ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-
bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə
özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ
haqqında xəbərdar edilir.
239.5. Tanınmalı olan şəxs tanıyana azı 3 (üç) nəfər eyni
cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə
kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir.
239.6. Tanınma başlanmazdan əvvəl müstəntiq tanınmalı olan
şəxsə digər şəxslər sırasında istənilən yeri tutmağı təklif edir.
239.7. Tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə və ya onun tələbi ilə şəxsin tanınmaya təqdim edilməsi tanıyan
şəxsin tanınmalı olan şəxs tərəfindən vizual müşahidəsini istisna edən
şəraitdə aparıla bilər.
239.8. Tanıyan qeyri-müəyyənliyinə görə tanınanın
şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri
göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab
edilə bilməz. Şəxsin eyni şəxs tərəfindən və eyni əlamətlər üzrə
təkrar tanınması aparıla bilməz.
239.9. Zərurət olduqda tanınma xarici görkəminə və geyiminə
görə kəskin fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də
aparıla bilər.
Dostları ilə paylaş: