Şakir Musayev
402
238.3. Təqsirləndirilən və ya şübhəli şəxs üzərində şəxsi
müayinənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna
malikdir.
238.4. Zəruri hallarda şəxsi müayinə həkimin və ya məhkəmə
təbabəti sahəsində mütəxəssisin iştirakı ilə aparılır. Barəsində şəxsi
müayinə aparılan şəxsin soyundurulması ilə müşayiət edilən şəxsi
müayinə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.
238.5. Əks cinsdən olan şəxsin soyundurulması zərurəti
yarandığı halda müstəntiq, təqsirləndirilən və ya şübhəli şəxsin
müdafiəçisi həmin istintaq hərəkətinin aparılmasında iştirak edə
bilməz. Bu halda müstəntiqin tapşırığı ilə şəxsi müayinə həkimin və
ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə aparılır.
238.6. Şəxsi müayinə qurtardıqdan sonra müstəntiq bu istintaq
hərəkətinin protokolunu tərtib edir və protokolda aşağıdakılar
göstərilir:
238.6.1. şəxsi müayinənin aparıldığı vaxt, tarix və yer;
238.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
238.6.3. şəxsi müayinədə iştirak etmiş məhkəmə təbabəti
sahəsində mütəxəssisin və ya həkimin vəzifəsi, soyadı, adı və atasının
adı;
238.6.4. şəxsi müayinənin aparılmasında iştirak edən şəxslərin
soyadı, adı və atasının adı, habelə onların doğulduğu il, ay, gün və
yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri,
faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
238.6.5. müşahidə edilmə ardıcıllığı ilə şəxsi müayinə zamanı
bütün aşkar olunanlar.
238.7. Şəxsi müayinə protokolu ona öz qeydlərinin daxil
edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin
bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə
tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları
tərəfindən imzalanır.
Dostları ilə paylaş: |