Maddə 237. Meyitin qəbirdən çıxarılması (ekshumasiya)
237.1. Meyitin qəbirdən çıxarılması zərurəti olduqda müstəntiq
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror
qarşısında meyitin qəbirdən çıxarılmasına icazə alınması üçün
məhkəməyə təqdimatla müraciət edilməsi haqqında əsaslandırılmış
vəsatət qaldırır. Meyitin qəbirdən çıxarılması yalnız məhkəmənin
qərarı əsasında həyata keçirilə bilər.
237.2. Meyit müstəntiqin, məhkəmə təbabəti sahəsində
mütəxəssisin, ölmüş şəxsin yaxın qohumlarının və ya onun qanuni
nümayəndələrinin (onların istəyindən asılı olaraq) iştirakı ilə
qəbirdən çıxarılır. Qəbirdən çıxarıldıqdan sonra meyit göstərilən
şəxslərin müşayiəti ilə digər tədqiqatların aparılması üçün müvafiq
tibb idarəsinə aparıla bilər.
237.3. Meyitin qəbirdən çıxarılmasında müstəntiqin göstərişi və
ya icazəsi ilə foto, video və kino çəkilişdən və ya digər yazan texniki
vasitələrdən istifadə edilə bilər.
237.4. Meyitin qəbirdən çıxarılması qurtardıqdan sonra
müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və həmin
protokolda aşağıdakılar göstərilir:
237.4.1. meyitin qəbirdən çıxarıldığı vaxt, tarix və yer;
237.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
237.4.3. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş məhkəmə
təbabəti sahəsində mütəxəssisin vəzifəsi, soyadı, adı və atasının adı;
|