Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
437
Maddə 133. İşgəncə vermə
133.1.Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən
nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair
zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
133.2.Eyni əməllər:
133.2.1.iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən,
yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə;
133.2.2.aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində
törədildikdə;
133.2.3.bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,
mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
133.2.4.təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına
çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
133.2.5.zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai
borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın
qohumlarına qarşı törədildikdə
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
133.3.Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə nəzərdə
tutulan əməllər şəxs-dən məlumat almaq və ya onu etirafa məcbur
etmək, yaxud törətdiyi və ya törədilməsində şübhə doğurduğu əmələ
görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən
istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə
törədildikdə
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Dostları ilə paylaş: