Maddə 136. Qanunsuz süni mayalanma və embrionu
implantasiya etmə, tibbi sterilizasiya
136.1. Qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına
çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə
minimum əmək haqqı məbləğinin beş yüz mislindən min
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşqul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
136.2. Şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya,
yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud
qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparma
minimum əmək haqqı məbləğinin beş yüz mislindən min
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən
fəaliyyətlə müşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
136.3. Bu Məcəllənin 136.1 və136.2-ci maddələri ilə nəzərdə
tutulan əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına
ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda
minimum əmək haqqı məbləğinin min mislindən beş min
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
|