139. Zöhrəvi xəstəlikləri yayma
139.1. Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi
başqa şəxsə yoluxdurması
minimum əmək haqqı məbləğinin üç yüz mislindən beş yüz
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
139.2. Eyni əməllər iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik
yaşına çatmayan şəxsə qarşı törədildikdə
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 140. İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma
140.1. Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə
yoluxma təhlükəsi qarşısında qoyma
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
140.2. İnsan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən
şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
|