Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
445
150.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin insan
immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə
səbəb olduqda;
150.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına
çatmayan şəxs barəsində törədildikdə
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 151. Seksual xarakterli hərəkətlərə məcbur etmə
Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi
ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə
etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual
xarakterli digər hərəkətlərə məcbur etmə
minimum əmək haqqı məbləğinin beş yüz mislindən min
mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |