Maddə 143. Təhlükədə qoyma
Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü
qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə
köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına
qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı
üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək
göstərmək imkanı olduğu halda bunu etmədikdə
minimum əmək haqqı məbləğinin üç yüz mislinədək miqdarda
cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
|