Maddə 149. Zorlama
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı
zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya
zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla
ciinsi əlaqədə olma
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
149.2. Eyni əməllər:
149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya
mütəşəkkil dəstə tərəfindən törədildikdə;
149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb
olduqda;
149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına
çatmayan şəxsə qarşı törədildikdə;
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya
sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla
törədildikdə;
149.2.5. təkrar törədildikdə;
|